COVID-19: Updates
and more about our extenden-cancelation policies
photo-name

“THE MERCHANT”ın TARİXİ

TARİX

“The Merchant” vaxtilə Xəzər Dəniz Gəmiçiliyinin yerləşdiyi möhtəşəm, tarixi binada yerləşir. 1858-ci ildə inşa edilmiş təkrarolunmaz memarlıq sənəti, Azərbaycan tarixinin ən dinamik və vacib dövrlərindən birini əks etdirir.

“The Merchant” otelinin təmtəraqlı binası bir vaxtlar Bakının ticarət və kommersiya mərkəzi olmuş hissəsində yerləşir. Bina Qafqaz Canişini Knyaz Mixail Romanovun xanımı Knyaginya Olqanın şərəfinə adlanan keçmiş Olqinskaya küçəsində yerləşirdi və bu nəhəng bina, ticarət, sənaye və mədəniyyət üçün əhəmiyyətli mərkəz olaraq o zaman Bakının möhtəşəm inkişaf və statusunu özündə əks etdirirdi.

Polşa memarı və eyni zamanda Bakının baş memarı olan Konstantin Borisoqlebski tərəfindən layihəsi hazırlanmış bina, şəhərin ən nüfuzlu ticarət mərkəzlərindən biri olan Olginski Ticarət Mərkəzininin yerləşdirilməsi üçün Bakının çiçəkləndiyi dövrdə - 1912-ci ildə istifadəyə verilmişdir.

Yerləşdiyi məkanın Bakının ilk “Kavkaz i Merkur”i kommersiya dokuna yaxın olmasını nəzərə alsaq, binanın Xəzər dənizçilik Şirkətinin qərargahına çevrilməsinin mükəmməl əsası vardır. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində “Neft Sıçrayışı” dövründə şəhər dünyanın xam neftinin 50 faizindən çoxunu hasil edirdi və bu da Bakının dənizçilik üçün əsas mərkəz olmasına və “Qafqazın Parisi” nüfuzu qazanmasına gətirib çıxardı.

Bu gün bina, Azərbaycan tarixinin ən əhəmiyyətli dövrlərindən birinin bir çox orijinal xüsusiyyətlərini, o cümlədən möhtəşəm qəlibləri, daş işlərini, kaminləri, məhəccər və pilləkənləri qoruyub saxlayır.

Eksklüziv brend butikləri və birinci dərəcəli restoran və kafelərin əhatəsində olan dəbdəbəli və gözəl təmirli The Merchant oteli Bakının tarixi keçmişindən xəbər verir və eyni zamanda onun möhtəşəm bugününü və perspektivli gələcəyini vurğulayır.