Bilirsinizmi, Merchant Baku Bakının tam mərkəzində, 1000 ildən çox tarixə malik şəhərdə yerləşir. UNESCO Dünya Mirası və Qız Qalası, Şirvanşahlar Sarayı və şəhərin daha çox görməli yerlərinin evi olan İçərişəhəri kəşf etmək üçün hoteldən sadəcə yolu keçmək kifayətdir.
Bakı sizi bənzərsiz Şərq və Qərb , İçərişəhər və Yeni Çağdaş binalar, milli dadlar və müəllif mətbəxin vəhdəti ilə təəccübləndirəcəkdir. Bakının dadını çıxarmaq, onun ruhunu və enerjini hiss etmək, özünəməxsus Azərbaycan mətbəxini və yerli ləzzətləri dadmaq üçün vaxt ayırın və ruhunuzun rahatlanmasına imkan verin.
Ən mühüm tədbir Formula 1 Azərbaycan Qran-Prisidir. Bakı Şəhər Halqası 6 kilometr uzunluğunda əsl küçə dövrəsidir. Avtomobil yolunun bir hissəsi Bakının mərkəzi hissəsindən, o cümlədən YUNESKO-nun mədəi irsi siyahısına daxil olan İçərişəhər küçələrindən keçir. Bakının mədəniyyəti və tarixi onun müasirliyini və görməli yerlərinin gözəlliyini əks etdirən yarışın mühüm hissəsidir. Bu, digər treklər arasında ən sürətli şəhər trekidir və 20 həyəcanverici dönüşdən ibarətdir.
2024-cü ildə Formula 1 Azərbaycan Qran Prisinin 8-cı ildönümünü "Expect the Unexpected" xüsusi kampaniyası ilə qeyd etdi. Daha bir möhtəşəm yarış uğurla başa çatdı və biz tamaşaçılar və yaddaqalan anlarla növbəti F1 2025 yarışı üçün çox həyəcanlıyıq.
F1 2025 mövsümü üçün indi bron etmək istəyirsiniz? Bizimlə [email protected] email ünvanı vasitəsilə əlaqə saxlayın və Eyvanlı Delüks otağımızdan ən yaxşı mənzərəni və xüsusi yemək təcrübənizi bron edin.